İsrail öz vətəndaşlarına xəbərdarlıq etdi



 

İsrail hakimiyyəti öz vətəndaşlarına son hadisələr fonunda Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib.

SeherXeber.org xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirlik öz vətəndaşlarına KİV-lər, İsrailin Rusiyadakı nümayəndəliklərinin sosial şəbəkələrdəki səhifələri və İsrail Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə hadisələri yaxından izləməyi tövsiyə edib.

Vətəndaşların müraciətləri üçün İsrail Xarici İşlər Nazirliyinin situasiya mərkəzi həftənin yeddi günü fəaliyyət göstərir.