Belçika millisinin sabiq futbolçusu vəfat edib



 

Belçika millisinin sabiq futbolçusu Sedrik Russel vəfat edib.

SeherXeber.org xəbər verir ki, veteran hücumçu 45 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Belçikanın əsas yığmasında 3 oyun keçirmiş forvard karyerası ərzində ölkəsinin "Gent", "Genk", "Zulte Varegem", İngiltərənin "Vulverhempton" və İtaliyanın "Breşiya" klublarında da çıxış edib.