Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var



 

Çexiyanın şərqindəki Havlikuv Brod şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb, pilot həlak olub.

SeherXeber.org xəbər verir ki, bu barədə jurnalistlərə yerli polis bildirib.

"Təyyarə yerə çırpılan zaman yanıb. İçində yalnız pilot olub", - məlumatda deyilir.

Qəzanın başvermə şəraiti ilə bağlı araşdırma polis və Çexiya Mülki Aviasiya Administrasiyasının ekspertləri tərəfindən aparılır.