"Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib"



 

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib.

SeherXeber.org xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.

"Bütün istiqamətlərində ağır döyüşlər davam edir. Müdafiəyə çəkilən düşmən bizim hücum hərəkətlərimizi dayandırmaq üçün çoxlu səylər göstərir", - Malyar bildirib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya tərəfi xeyli canlı qüvvə, silah və texnika itkisi verir.