Duqindən Şoyquya çağırış: Kişi kimi davran, bunu et



 

Kremlin ideoloqlarından biri Rusiyanın müdafiə naziri Şoyquya üsyançılarla görüşməyi təklif edib. 

SeherXeber.org xəbər verir ki, belə bir bəyanatla Aleksandr Duqin çıxış edib.

"Vətəndaş müharibəsinin qarşısını almaq üçün bu, bədəldirsə, o zaman bunu ödəmək mümkün deyilmi? Vətəndaş müharibəsindən daha dəhşətli bir şey yoxdur. Bu, kişi kimi davranış  olardı. Bu, vətəndaş müharibəsinin qarşısının alınmasıdır. Ölkəni xilas et, Sergey Kujugetoviç!", - deyə Kremlin ideoloqu çağırış edib.