Avstraliya "Twitter"ə 28 gün vaxt verdi



 

Avstraliya “Twitter”də artan nifrət tərkibli yazılara 28 gün ərzində müdaxilə edilməzsə, platformanın cərimələnəcəyini açıqlayıb.

SeherXeber.org "TRT Haber"ə istinadla xəbər verir ki, Avstraliya Elektron Təhlükəsizlik Ofisinin rəhbəri Julie İnman Grant platformada geniş yayılan nifrət tərkibli yazılarla bağlı “Twitter”ə bildiriş göndərildiyini bildirib.

Qrant bildirib ki, “Twitter” 28 gün ərzində qeyd edilənlərə qarşı tədbir görməsə, gecikdirilən hər gün üçün 700 min Avstraliya dolları məbləğində cərimələnəcək.

Qrant 2022-ci ildə İlon Maskın platformanı satın almasından sonra nifrət dolu yazılarla bağlı daha çox şikayət aldıqlarını qeyd edib.

Günay