AK Partidə yeni təyinatlar



 

AK Partidə sədr müavini və sədr köməkçiləri vəzifələrinə təyinatlar olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən  xəbər verir ki, bununla bağlı Prezident və AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda qərar verilib.

Belə ki, AK Parti sədrinin müavini vəzifəsinə xarici əlaqələr üzrə sədr müavini Efkan Ala təyin edilib.
Xarici Əlaqələr üzrə sədrin köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədrin köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin təyin olunub.