Blinken: ABŞ Çinlə münaqişəyə can atmır



 

ABŞ Çinlə münaqişəyə can atmır və yeni soyuq müharibə istəmir. 

SeherXeber.org ” Çinin “Global Times” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Çin lideri Si Cinpinlə görüşü zamanı deyib.

Blinken qeyd edib ki, ABŞ yeni soyuq müharibəyə və münaqişəyə can atmır, Çinin strukturunu dəyişmək istəmir.

Öz növbəsində Si Cinpin bildirib ki, bütövlükdə beynəlxalq ictimaiyyət Çin-ABŞ münasibətlərinin hazırkı durumundan narahatdır.

Çin liderinin sözlərinə görə, o, Pekin və Vaşinqton arasında münaqişə və ya qarşıdurma istəmir və ya iki ölkə arasında tərəflər seçmir. Si Cinpin iki ölkənin dinc yanaşı yaşamasını, dostluq və əməkdaşlıq əlaqələrini qoruyub saxlamasını gözləyir. 

Onun sözlərinə görə, iki ölkə həm də tarix, insanlar və dünya üçün məsuliyyət hissi ilə hərəkət etməli və Çin-ABŞ münasibətlərini düzgün idarə etməlidir.

Mürtəza
SeherXeber.org