Çad ordusu fransalı əsgərləri sıraya düzdü - VİDEO



 

Çad ordusunun fransalı əsgərləri dayandırması görüntüləri gündəm olub.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, həmin görüntülərdə Çad ordusunun fransalı əsgərlərdən silah və texnikaları götürdükləri və sıraya düzüb oturtduğu görünür.

Çadlı yüksək rütbəli hərbçi rəisinə zəng edərək bazaya icazəsiz daxil olan və mandatı olmayan fransalı əsgərləri saxlayıb silahlarını götürdüyünü bildirib.

Videoda hərbçinin fransalıya "Vəzifə icazə sənədiniz varmı" sualına cavab almaması diqqət çəkib. Tərcüməçi fransalı əsgərlərin ölkənin şərqindəki Abeçe bölgəsindən gəldiyini söyləyib.

Çad təhlükəsizlik mənbələri bildiriblər ki, fransalı əsgərlər zirehli maşınla Sudan sərhədindəki Adre hərbi bazasına missiya icazə sənədləri olmadan daxil olublar.

Fransa ordusu sözçüsü Pierre Qaudilyer bu missiya üçün Çad hərbi və mülki orqanlarından icazə aldığını bildirib.

"Əsgərlər növbətçilik əsnasında patrul tərəfindən dayandırılıb və sənədləri yoxlanılıb.

Bu, olduqca aqressiv şəkildə edilib. Fransalı əsgərlərin lazımi icazələrə sahib olması səbəbindən vəziyyət dərhal həll edilib".

Qeyd edək ki, mütəxəssislər Paris administrasiyasının keçmiş müstəmləkələri olan Burkina Faso, Niger və Çadda, xüsusilə Malidə xalq arasında artan anti-Fransa müxalifəti səbəbi ilə əvvəlki təsirini saxlamaqda çətinlik çəkdiyini qiymətləndirir.

Günay