Bu ölkə pedofilləri axtalayacaq - Protokol



 

Belarusda uşaqlara qarşı cinsi zorakılıq maddələri ilə məhkum edilənlərin kimyəvi kastrasiyasına icazə verən protokol təsdiqlənib.

SeherXeber.org xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Uşaqları cinsi istismardan qorumaq üçün fəaliyyət planı təsdiqlənib. Cinayət Məcəlləsinə dəyişikliklər hazırlanıb: onlar “pedofiliyadan əziyyət çəkən şəxslərin” məcburi “müalicəsi”ni (kimyəvi axtalama) nəzərdə tutur.

Həmçinin, ölkədə cinsiyyətin dəyişdirilməsinə görə də inzibati cəza tətbiq edilə bilər”, - məlumatda deyilir.//Axar.az