"Bz nə yeyiriksə, oyuq" - sosioloq jurnalist



 

"Hər gün neçə jurnalist soruşur ki, bəs niyə əvvəllər baha olan meyvələr indi su qiymətinədir. Bir-bir deməkdən yoruldum, yazıram bura, kim istəsə istifadə etsin."

"SeherXeber.org" xəbər verir ki, bu sözləri sosioloq jurnalist Elçin Bayramlı öz "Facebook" səhifəsində yazıb.     O, qeyd edib ki, son illərdə kütləvi olaraq GMO tinglərin satışı və əkini həyata keçirilir.

"Hətta bu GMO tinglərdən böyük plantasiyalar da salınıb. İndi həmin bağlar bol məhsul verməyə başlayıb. Geni dəyişdirilmiş bu ağaclar xüsusi dərmanların da köməyi ilə 2-3 il müddətinə böyüyür və bol məhşul verir. Bir dənə həşərat yaxın düşə bilmir və düşmür. Hər 100 meyvədən 100-ü də zərərçəkməmiş şəkildə yığılır. Nəticədə bol məhsul əldə olunur, maya dəyəri aşağı düşür və ucuz satılır. Amma burada bir əmma var. Bu, artıq meyvə deyil, meyvənin imitasiyasıdır. Yalnız rəngi və forması həmin meyvəyə oxşardır, faydalı tərkibi sıfır, qıda dəyəri sıfır, vitamin və minerallar, fruktoza və qlukoza mənfi səviyyədə, üstəlik insanda genetik səviyyədə dəyişiklik edir, gen strukturunu mutasiya edir. Bir sözlə bu bioloji materialdan olan faydasız meyvə maketidir. Ona görə dadı tamı yoxdur. Nə qədər istəyirsən ye, orqanizm ondan heç nə götürəsi deyil, tərkibindəki sudan başqa. Çünki oqranizm təbiətin bioloji sisteminə inteqrasiya olunub və belə eybəcər məhsulları qida olaraq tanımır. Yəni boş kütləni və suyu sizə kilosu 1-2 manatdan satırlar. Siz isə meyvə yemirsiniz, meyvə yediyinizi imitasiya edirsiniz. Hər şeyin saxta olduğu dünyada meyvələr niyə saxta olmasın ki?
Sonda - biz nə yeyiriksə, oyuq. Genlərimiz necə formalaşırsa biz elə oluruq. Bədənimiz də, düşüncəmiz də, ağlımız da qidalarla işləyir.
Hə qaldı ki, bu vəziyyətdə günahkarın kim olmasına, yüksək müsadiənizlə izah edim- bəli, bu sizsiniz. Şəxsən siz özünüz. Vaxtında biz almayın yeməyin deyib özümüzü həlak eləyəndə ki siz bu GMO meyvələr almasaydınız, onlar çoxalmazdı, təbii meyvələr sıradan çıxmazdı. Zorla ağzınıza doldurmadılar ki? Könüllü aldınız, yediniz, indi də günün günorta çağ əldə çıraqla təbii qida, təbii dad axtarırsınız. Ay tapdınız ha. Nə əkmisinizsə onu da biçirsiniz və biçəcəksiniz."