“Bir də gördüm, qulağım yoxdur…” - Eşşək kişinin qulağını qopartdı - VİDEO



 

Astara sakininə eşşək hücum edib.

SeherXeber.org APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonunun Pəlikeş kəndində baş verib.

41 yaşlı Vəliyulla Əliabbasov yol ilə gedərkən, qonşunun ulağı ona hücum edib. Ulaq Vəliyulla Əliabbasovu yerə yıxıb, qoluna xəsarət yetirib, sonra sol qulağını dişləyib.

Qeyd edək ki, xəstəyə tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.