Ukrayna çoxdan vəd edilən hücuma başlayıb - Şoyqu



 

“Ukrayna rejimi son üç gündə cəbhənin müxtəlif hissələrində çoxdan vəd etdiyi hücuma keçib”.

SeherXeber.org xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

“Ukrayna rejimi üç gün ərzində cəbhənin müxtəlif hissələrində çoxdan vəd etdiyi hücuma keçib. Bu məqsədlə çox sayda texnika və canlı qüvvə cəmləşdirib”, - deyə Şoyqu qeyd edib.
Şoyqunun sözlərinə görə, iyunun 5-də Kiyev rejimi beş briqada ilə yeddi istiqamətdə hücuma cəhd edib.