Mirzoyanla Blinkenin müavini nə danışıb?



 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqan ilə telefon danışığı aparıb.

SeherXeber.org xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.

Erməni nazir Azərbaycanla sərhədlərin demarkasiyası məsələsinə də toxunub.