Finlandiya 9 rus diplomatını ölkədən çıxardı



 

Finlandiya Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarıb.

SeherXeber.org ” xəbər verir ki, bu haqda Finlandiya Prezident Administirasiyası açıqlama yayıb.

Açıqlamada Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatın casusluqda iştirak etdikləri səbəbi ilə ölkədən çıxarıldığı bildirilib.

Bildirilir ki, rusiyalı diplomatların hərəkətləri diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozur.
Qeyd edək ki, rusiyalı diplomatlarla bağlı qərar Finlandiya prezidenti Sauli Niinisto ilə nazirlər kabinetinin ölkənin xarici və təhlükəsizlik siyasəti ilə bağlı görüşündə verilib.