Rusiyalı politoloq: "Sülh sazişi ilə bağlı imkanlar olsa da,..."



 

Bu ilin sonuna qədər Ermənistan-Azərbaycan sülh sazişini imzalamaq imkanları var. SeherXeber.org xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mətbuatına müsahibəsində bildirib.

Rusiyalı politoloq qeyd edib ki, sülh sazişi ilə bağlı imkanlar olsa da, geosiyasi vəziyyətlə bağlı təhlükələr və təhdidlər də var: "Qərbin Cənubi Qafqazla bağlı planı var. Bu planın əsas məqsədi Rusiyadır. Qərb istəyir ki, Rusiyanı nüfuzdan salsın, onu regiondan sıxışdırıb çıxarsın".

Tarasov Ermənistan hakimiyyəti tərəfindən verilən ziddiyyətli bəyanatları şərh etməyin mənasız olduğunu bildirib.

"İrəvan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu fakt bütün sualları bağlayır", - deyə rusiyalı politoloq qeyd edib.