BDYPİ-nin şöbə rəisi: “Sürücülərimiz İnzibati Xətadan dərs çıxaracaqlar”



 

“Cəza insanları qayda-qanuna əməl etməyə sövq edir”.

SeherXeber.org xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev son dövrdə müzakirə obyektinə çevirilən skuterlərdən danışarkən deyib.

R.Tağıyev qeyd edib ki, sürücülər qayda pozuntusunun sanksiyası çox olanda çalışır ki, onu pozmasın:

“Radar görən kimi qaydanı pozmağa çəkinirlər. Cəzaların sərtləşdirilməsi ilə bağlı layihələr hazırlanıb. Layihələr qəbul olunsa, sürücü intizamın artırlmasına köməklik göstərəcək. Layihədə İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsində 200 manatlıq sanksiya 300 ilə əvəz olunacaq, idarəetmə hüququ 6 aya məhdudlaşdırılıb. Bununla yanaşı sürücü hüquqsuz qəza törədirsə, 400 manat 500 ilə əvəzlənəcək.
Spirtli içki ilə səxoş olanlar ilə narkotik maddələrin təsiri altında sərxoş olanların da sanksiyaları ayrıldı. Dünyada da belə idi. Narkotiklə sərxoş olanı eyni tuta bilməzdik. Ancaq yenə də obyektivlik baxımından fərqləndirmək daha doğru oldu. Şəxs 6 aydan – 1 ilə qədər avtomobilini idarə edə bilməyəcək. Düşünürəm ki, sürücülərimiz İnzibati Xətadan dərs çıxaracaqlar. Təkrarı olanda da artaraq gedəcək”.