Bakıda "ölüm saçan" bina: Adamın, maşının üstünə daş düşdü



 

"AMAY" Ticarət Mərkəzinin yerləşdiyi bina təhlükə saçır.

SeherXeber.org xəbər verir ki, bu barədə İlkin Babayev adlı vətəndaş sosial şəbəkələrdə paylaşım edib.

O bildirib ki, binadan qopan daş parçaları həm insanlara, həm də avtomobillərə ziyan vurur:

"Şəkildə gördüyünüz bu bina "AMAY" ticarət mərkəzidir. Binanın birinci mərtəbəsində dövlət əhəmiyyətli ASAN xidmət mərkəzinin və ölkənin ən böyük banklarından biri Azərbaycan Beynəlxalq Bankının (ABB) filialı yerləşir. 

Amma bu bina potensial ölüm mənbəyidir. Bina günü-gündən baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə, şəkildə işarələn yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı. 

Şəhər rəhbərliyi hara baxır? Niyə bu qəzalı vəziyyətdə olan binaya bir əncam çəkmirlər? Yenə hərəkətə keçmək üçün ölüm gözləyirlər?" 

Sözügedən narazılıqlarla bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Xətai RİH-dən bildirilib ki, ərazi onların balansında olsa da, müdaxilə edə bilməzlər:

"Şikayətlərlə bağlı "AMAY" Ticarət Mərkəzinin rəhbərliyinə məlumat verilib. Bu barədə ticarət mərkəzi və Fövqəladə Hallar Nazirliyi açıqlama verməlidir" - cavabda bildirilib.

"AMAY" TM-in intermetdə qeyd olunan heç bir nömrəsinə zəng çatmadığından FHN-ə sorğu göndərilib.

Billurə

Amma bu bina potensial ölüm mənbəyidir. Bina günü-gündən, baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə, şəkildə işarələn yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı. 

Şəhər rəhbərliyi hara baxır ? Niyə bu qəzalı vəziyyətdə olan binaya bir əncam çəkmirlər? Yenə hərəkətə keçmək üçün ölüm gözləyirlər?",- deyə o əlavə edib.