Sarqsyan və Köçəryanın işinə baxan prokurorlar istefa verib - Ermənistan KİV



 

Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa verib.

SeherXeber.org xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazır.

Baş prokurorun müavini Gevorq Baqdasaryan və Robert Köçəryanın işi ilə məşğul olan prokuror Petros Petrosyan, həmçinin Serj Sarqsyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan işdən çıxmaqları ilə bağlı ərizə yazıblar.

Səbəblər açıqlanmayıb və məlumat rəsmən təsdiq olunmayıb.

Ermənistan Baş Prokurorluğu məlumatı şərh etməyib.