"Hər ölkə şəhid ailəsinə, qazilərə bu qədər ev, maşın vermir" - Siyavuş Novruzov



 

Zaman var idi büdcəmiz 1 milyard manat olanda sevinirdik, amma indi ilin ortasında 2 milyarddan artıq vəsait əlavə artırılır.

SeherXeber.org ” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə büdcənin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu əlavələrin əksər hissəsi isə işğaldan azad olunmuş ərazilərin bərpasına, müdafiə qabiliyyətinin artırılmasına, diplomatik korpusda çalışanların sosial vəziyyətinin yaxşıladırılmasına yönəldilib. 

“Hər ölkəyə nəsib olmur ki, ilin ortasında büdcəsinə artımlar etsin. Digər məqam isə ondan ibarətdir ki, müharibədən sonra hər hansı ölkə şəhid ailəsinə, qazilərə, müharibə iştirakçılarına bu qədər ev, maşın vermir. İkinci Qarabağ müharibəsindən dərhal sonra müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Amma bəzi antimilli qüvvələr deyirlər ki, guya biz haradasa mitinq keçirdik və hökumət də dediklərimizi nəzərə aldı. Lakin bilmirlər ki, Azərbaycan hökuməti üzərinə düşən vəzifəni yerinə yetirir”, - deputat qeyd edib.

Mürtəza
SeherXeber.org