Bakıda keçirilən Kitab Festivalının banneri tənqid olundu



 

Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə bağlı paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

SeherXeber.org xəbər verir ki, festivalla bağlı qurulan səhnənin yuxarı hissəsində festivalın adının yazılışında yol verilən orfoqrafik səhv diqqət çəkib.

Belə ki, festivalın adının yazıldığı hissədə rum rəqəmindən sonra "-ci" şəkilçisi yazılıb.

Qeyd edək ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə baş tutur.

Festival iyunun 11-dək davam edəcək.

Billurə Yunus