318 nəfərin həyatına son qoyan suvarma kanalında üzməyə davam edirlər: "Həyata bir dəfə gəlirik"



 

Son 11 ildə 318, keçən il isə 30 adamın öldüyü Adanada suvarma kanalında üzməyə başlayan uşaq “İstidən yanırıq. Allah rəhmət eləsin, qorxmuram. Biz həyata ancaq bir dəfə gəlirik” dedi.
 

"SeherXeber.org"  Türkiyə KİV-ə istinadən xəbər verir ki, Adanada havaların istiləşməsi ilə xüsusilə uşaqlar suvarma kanalına, Seyhan çayına, Seyhan Anbar gölünə və Aralıq dənizinə gedərək çimməyə başlayıblar.  Xüsusilə şəhərin bir çox nöqtəsindən keçən suvarma kanalları hər il olduğu kimi bu il də uşaqların sərinləmək üçün ən çox üstünlük verdiyi yerlərdir.

 Son 11 ildə Adanada xüsusilə suvarma kanalında sərinləmək istəyərkən 318 nəfər boğularaq ölüb. Təkcə son bir ildə əksəriyyəti uşaq olmaqla 30 nəfər həyatını itirib, bir çox ailələrin ocağı sönüb.

Bu il də eyni fəlakətlərin yaşanmaması üçün ailələr xüsusilə suvarma kanallarında tədbir görülməsini tələb edir. Təxminən 2,5 həftə sonra məktəblərdə tətil olacağından və havaların istiləşməsi ilə əlaqədar uşaqların suvarma kanallarına axışacağı qorxusu var.

Uşaqlar məktəblərin bağlanmasını gözləmədən havaların isinməsi ilə artıq suvarma kanalına girməyə başlayıblar.

Havanın çox isti olduğunu deyən uşaq müxbirin “11 ildə 318 nəfər ölüb, elə keçən il 30 nəfər ölüb, kanala girməkdən qorxmursunuz sualına”, “İstidən yanıyırıq. Allah ölənlərə rəhmət eləsin, mən üzməkdən qorxmuram. Həyata bir dəfə gəlirsən, hər şeyi sınayacaqsan”, -cavabını verib. 

Ş.Salehqızı