Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir



 

Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun iclası başlayıb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

“Moskvada dövlət başçılarının tapşırığına uyğun olaraq Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının baş nazirinin müavini Mqer Qriqoryanın və Rusiya baş nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli işçi qrup öz işinə başlayıb", - Matveyev vurğulayıb.