“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatından çıxarılmalıdır”



 

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatından çıxarılmalıdır”

"SeherXeber.org" xəbər verir ki, Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “Tvitter”də yazır:

“İsrail Azərbaycanın ümumi xam neft ixracının 40%-ni idxal edir. Azərbaycan İsrailə neft satmaqla və bu rejimi yanacaqla təmin verməklə, Təl-Əvivin Fələstin xalqına qarşı müharibə mühərrikini işə salır. Bu ölkə (Azərbaycan) İslam Əməkdaşlıq Təşkilatından çıxarılmalı deyil? İran təklif etsin”.

İranlı diplomata xatırlatmaq yerinə düşər ki, təmsil etdiyi İslam Respublikası da 30 il ərzində Ermənistana hərtərəfli dəstək verərək Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsinə və minlərlə müsəlmanın öldürülməsinə, əsir düşməsinə göz yumub. Habelə, Rusiyanın 2022-ci il fevralın 24-dən bu günədək Ukrayna xalqına qarşı başlatdığı müharibə və işğal zamanı minlərlə “Şahed” və “Muhacir” kamikadze dronları və digar silah-sursatlar göndərməklə bu vandallıq aktına şərik olub.
A.Nəsirli