Xalq artisti: Elxan Qasımov ölməzdən əvvəl mənə demişdi ki... - FOTO



 

Xalq artisti, aktrisa Xalidə Quliyeva vəfat edən srağagün vəfat edən "şofer Əhməd" obrazı ilə yaddaşlarda qalan Əməlkdar artist Elxan Qasımovla bağlkı bir xatirəsini bölüşüb.

SeherXeber.org xəbər verir ki, X.Quliyeva mərhum aktyorun ondan qəribə xahişindən söz açıb:

"O gün Film Fondunda rəhmətlik Bahadur Əliyevin xatirə gecəsinə yığışmışdıq. Elxan Qasımovla yanaşı əyləşmişdik. Nədənsə, birdən üzünü mənə çevirib dedi ki, Xalidə, mənim də xatirə gecəmə gələrsən. Kövrəldim...Niyə belə dedi, bilmirəm.

Sən eldən getdin, Elxan müəllim, ruhun şad olsun!",-deyə o qeyd edib.

Xatırladaq ki, tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov mayın 29-da 78 yaşında dünyasını dəyişib.

Billurə