Dövlət qurumu 9 milyonluq tederi bu şirkətə verdi



 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Şəmkir maşın kanalının II növbəsininin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi işlərinin satınalınması məqsədilə elan etdiyi açıq tenderə yekun vurub.

SeherXeber.org ” xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub.

Qalib təşkilatla 8 990,846 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 17.09.2001 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 300 min manatdır.

Könül
SeherXeber.org