Dünyada yeni trend: öz-özüylə evlənənlər - FOTO



 

Dünyada son zamanlar yayılmış evlilik trendi soloqamidir.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, soloqami insanın öz-özüylə evlənməsinə deyilir.

Nə qədər adamın bu yola əl atdığı bilinməsə də, indi daha çox qadınlar gəlinlik geyinir, məclislər təşkil edir və özləri evləndiklərini elan edirlər.

Amerikanın CNN telekanalı özləri ilə evlənən qadınlarla danışıb. Bu yaxınlarda 9 illik evliliyinə son qoyan 34 yaşlı uşaq anası Brittani Rist toyunu şampan və tortla qeyd edib. 

İmic məşqçisi Denni Adams ötən ilin dekabrında 40 qonağın iştirakı ilə evlənmişdi. O, Floridada açıq havada təşkil etdiyi toyuna 4 min dollar xərcləmişdi.

Daha çox Qərb ölkələrində yayılan bu trend psixoloqların bəziləri tərəfindən "özünü sevmək" kimi şərh edilsə də, Şərq ölkələrində buna münasibət birmənalı deyil.

Fidan