Çinin ödəniş sistemi “Visa” və “MasterCard”ı geridə qoydu



 

Çinin “UnionPay” ödəniş sistemi debet kartları bazarında ilk dəfə olaraq ABŞ-ın “Visa” ödəmə sistemini geridə qoyub.

SeherXeber.org ” xəbər verir ki, bununla bağlı məlumat ABŞ mərkəzli “The Nilson Report” xəbər bülleteninin araşdırmasında qeyd olunub.

Bildirilir ki, “UnionPay” loqolu bank kartları ilə ümumi əməliyyatların payı 40,03%, “Visa” kartları ilə əməliyyatların payı isə 38,78% olub.

Çin ödəniş sisteminin kartlarında əməliyyat həcmi 16,2 milyard dollar, ABŞ ödəniş sisteminin payı isə 14,1 milyard dollar təşkil edib.

Həmçinin, debet kartları ilə həyata keçirilən əməliyyatlarında həcmində də “UnionPay” “Visa”nı geridə qoyub: “UnionPay” - 75,12%, “Visa - 63,91%.

Qeyd edək ki, 2021-ci ildə “Visa”nın bazar payı 39,53%, “UnionPay”in bazar payı isə 38,68% təşkil edirdi.

2011-ci ildən bəri ABŞ ödəniş sistemində debet kartları ilə əməliyyatlar demək olar ki, 80%-dən 39,53%-ə düşüb. 

“MasterCard” loqosu olan debet kartların payı isə 2022-ci ildə 21,19%-ə enib. 

Könül
SeherXeber.org