Əhali Qaradağ rayonun icra başçısının rüşvətxorluğundan cana doyub
Qaradağ, Güzdək daş karxanaları ətrafda yaşayanlar üçün əsl xəstəlik mənbəyidir…
Azərbaycanda bütün sferalarda rüşvət, korrupsiya, qanunsuzluq, vergidən yayınma və s əməllər var. Amma iki sahə, metal əritmə sexləri və daş karxanaları sözün həqiqi mənasında böyük cinayət yuvasıdır.
İndiki yazımız konkret olaraq Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanaları, qum-çınqıl sexləri ilə bağlıdır.
Təsəvvür edirsiniz, bir daş karxanasına, yaxud qum-çınqıl sexinə kimlər, hansı məmurlar lövbərlərini salmırlar...
İlk öncə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Təhlükəsizlik Xidməti icazə vermək üçün öz hesabın bəri başdan, özüdə böyük məbləğdə alır və sonra hər ay həmin karxananın “aylıq” rüsumunu götürür... Sonra Qaradağın icra başçısı və icra hakimiyyətinin digər vəzifəli şəxsləri həmin daş karxanasının böyüyünün külli miqdarda tərləməsini tələb edir... Daha sonra rayon prokurorluğu, vergisi və daha kimlər həmin karxanaları yoxlamırlar.
İndi özünüz təsəvvür edin ki, bir daş karxanasl kimlərəsə hər ay külli miqdarda töycü verir... Sonra da deyirik ki, tikinti və inşaat materialları çox bahadır...
O gün biri soruşur ki, rayon prokurorunun daş karxanasına nə aidiyyəti ola bilər..? Deyirəm, bəs hər gün oxumuruq ki, filan daş karxanasında fəhlə yıxılıb öldü...filan qum-çınqıl sexində fəhlə avadanlığın arasında qalaraq öldü...
Bəs bütün bu cinayət əməllərini kimlər ört-basdır edir..? Hələ bələdiyyə sədrləri, rayonun işıq idarəsi və s. Bəli, bilirsinizmi, bir daş karxanası 1 kəndin əhalisindən çox elektrik enerjisindən istifadə edir. Bəs bu elektrik enerjisini necə “silmək” lazımdır..?

Deməli, Azərişığın pulunu hər ay verirsən və məsələ həll olunur... Bu siyahını davam etdirmək də olar. Amma nə faydası. Biz sadəcə rüşvət və korrupsiyanın dairəsini göstərmək istəyirik. Siz daş karxanalarına elə-belə baxmayın. O qədər oğlanlar daş karxanasından gedib deputat, icra başçısı olublar ki...
Bu gün Qaradağda, Güzdək qəsəsbəsində kimlərin karxanası, çınqıl sexi yoxdur... Hətta Qaradağın icra başçısı Süleyman Mikayılovun Güzdək, Qızıldaş qəsəbələrində daş karxanaları var. Ümumiyyətlə, daş karxanaları, qum-çınqıl sexləri külli miqdarda gəlir əldə edirlər və vergidən yayınırlar. Bir sözlə, daş karxanalarının yaratdığı problemlər bitib-tükənmir. Məlum olduğu kimi, sözügedən karxanalarda əmək qanunvericiliyinin tələblərinə məhəl qoyan yoxdur. Necə gəldi işçiləri qul kimi işlədirlər. Standartlara cavab verməyən dəzgahlar üzündən baş verən və ölümlə nəticələnən qəzalar da öz yerində. Bu yerdə adamın yadına Əli Həsənovun qohumu, Həmkorların sədri Səttar Mehbalıyev düşür.
Görəsən Səttar Mehbalıyev niyə bircə dəfə də olsun bu fəhlələrin hüquqları ilə maraqlanmayıb. Deməli, onun da haqqı çatır...

İndi görüsünüzmü, daş karxanalarının əli haracan uzanır. Bu hələ harasıdır..?
Daş karxanalarında təkcə əmək qanunvericiliyinin tələbləri pozulmur, həm də yaxınlıqdakı yaşayış məntəqələrində yaşayanlara problemlər yaradılır. Söhbət ondan gedir ki, Abşeron rayonu Güzdək qəsəbəsində daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib. Yolun bir tərəfində qanunsuz fəaliyyət göstərən daş karxanaları, digər tərəfində qanuni tikilmiş evlərdə yaşayan yüzlərlə sakin. Günün əksər saatlarında işləyən karxanalardan qalxan tozun yaşayış sakinlərinin sağlamlığına necə ciddi mənfi təsir etdiyini təsəvvür etmək çətin deyil. Toz-torpaq birbaşa evlərə, sakinlərin ciyərlərinə daxil olur. Görəsən, bu ölkənin Səhiyyə Nazirliyi niyə bircə dəfə bu ərazidə yoxlama keçirmir..?
Bəs dağ-mədən sahəsinə nəzarət edən FHN niyə səsini çıxartmır..? Bir sözlə, suallar çoxdur, amma cavab verən yoxdur.

P.S. Bilirsiniz niyə cavab vermirlər? Ona görə ki, hərə öz payını vaxtında alır.