Erməni akademikdən Qarabağ məsələsi ilə bağlı şok etiraf



 

Ermənistan Milli Elmlər Akademiyasının akademiki Gevorq Poqosyan bildirib ki, Ermənistan cəmiyyətinin Qarabağ məsələsində biganə mövqe sərgiləməsinin əsas səbəbi Xankəndidə olan ermənilərə münasibətinin mənfi istiqamətdə dəyişməsidir.

“SeherXeber.org ” xəbər verir ki, o bunu “sputnikarmenia”ya müsahibəsində deyib.

Akademik hesab edir ki, bu gün Ermənistan nə qədər ciddi təhdidlərlə üz-üzə və Qarabağ probleminin həllində çəyin vəziyyətdə olsa da, erməni cəmiyyətini konsolidasiya  etmək mümkün deyil. 

“Bunun isə iki səbəbi var: Birincisi, liderin olmamasıdırsa, ikincisi,  Ermənistan cəmiyyətinin Qarabağ ermənilərinə olan münasibətin mənfi istiqamətdə  dəyişməsidir. 1988-ci ildə Ermənistan əhalisinin Qarabağ və oradakı ermənilər barədə təsəvvürləri fərqli idi.  Lakin son onilliklər ərzində bu insanlarda Qarabağ ermənilərinə olan münasibət müəyyən dəyişikliklərə məruz qalıb”, -o qeyd edib.

Poqosyan hesab edir ki,  ortaya çıxa biləcək liderin nə indiki hakimiyyətlə, nə də əvvəlki prezidentlərlə hər hansı formada əməkdaşlığı olmamalıdır.

O əlavə edib ki, müxalifət düşərgəsində yetərincə tanınmış siyasi qüvvələr olmasına baxmayaraq, parlamentdə təmsil olunurlar, aralarında birlik yoxdur.

“Heç kim onların eyni tribunada dayandığını görməyib”, - Poqosyan bildirib.