Rusiya XİN: "Sülhə İrəvan və Bakı özü qərar verməlidir"



 

Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır, eyni zamanda Azərbaycan və Ermənistan tərəfləri nəyin onların fundamental maraqlarına uyğun olduğunu və davamlı sülhü necə təmin etmək niyyətində olduqlarına özləri qərar verməlidirlər. 

SeherXeber.org ” xəbər verir ki, bunu RF xarici işlər naziri müavini Mixail Qaluzin açıqlamasında deyib.
Rusiyalı nazir müavini əlavə edib ki, onların əsas işi  Bakı ilə İrəvan arasında barışıq üçün yol xəritəsini formalaşdırmaqdır.

“Onlar isə bundan ibarətdir: Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı istiqamətində addımların atılmasıdır”, - o deyib.

Rusiyalı diplomat sülh müqaviləsinin mövzusuna qayıdaraq deyib ki, Rusiya tərəflərə ümumi dil tapmağa, onlara uyğun olan razılaşmalara və güzəştlərə getməyə dəstək verir.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla əvvəlcə iki ikitərəfli formatda, daha sonra üçtərəfli görüşü gözlənilir.

Mürtəza
SeherXeber.org