"Kozinka kəndindəki sərhəd keçid məntəqəsinə 84 mərmi atılıb" - Vyaçeslav Qladkov



 

Ukrayna Silahlı Qüvvələri Belqorod yaxınlığındakı Kozinka kəndindəki sərhəd keçid məntəqəsinə 84 mərmi atıb, bundan sonra ərazidə yanğın başlayıb, qubernator Vyaçeslav Qladkov Teleqram kanalında bildirib.

"SeherXeber.org"  xəbər verir ki, bundan əvvəl bir qrup jurnalist Kozinka kəndi yaxınlığındakı Qrayvoron keçid məntəqəsində işləyərkən Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub, xəsarət alan olmayıb. Məhz bu nəzarət-buraxılış məntəqəsindən Rusiya qüvvələri bölgə ərazisinə soxulmuş Ukrayna təxribat-kəşfiyyat qrupunu sıxışdırıb çıxarıblar.

Ş.Salehqızı