“Azərbaycan mediası beynəlxalq prinsiplərlə fəaliyyət göstərməlidir”



 

Tapdıq abbas: “Media haqqında” qanuna dəyişiklik edilməlidir” 

“Azad Jurnalistlər Təşkilatının” dönəm sədri, “Paralel” Holdinqin rəhbəri, Qarabağ müharibəsinin qazisi, Pedaqogika üzrə fəlsəfə doktotu, “Əməkdar Mədəniyyət işçisi” Tapdıq Abbas jurnalistimizin sualını cavablandırıb.

<!Tapdıq bəy, ölkədə jurnalist tşəkilatlarının çox olduğu halda, “Azad Jurnalistlər Təşkilatı”nı yaratmaq niyə zərurətə çevrildi?

- S- Düz vurğuladınız, səhv etmirəmsə, hazırda ölkədə 30-a yaxın jurnalist təşkilatı var. Amma bu təşkilatların heç biri ölkə mediasının inkişafı istiqamətində, demək olar ki, səmərəli iş görmürlər, müstəqil jurnalistlərin problemlərilə maraqlanmırlar. Açıq söyləmək lazımdır ki, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının rəhbərlərinin əksəriyyəti medianın, azad və müstəqil jurnalistlərin problemlərini həll etməklə məşğul olmurlar, şəxsi maraqlara xidmət edirlər və hər məqamda tənqid yazan jurnalistlərin fəaliyyətini məhdudlaşdıran, rüşvətxor məmurları müdafiə edən hakimiyyətin mövqeyini dəstəkləyirlər. Bu səbəbdən “Azad Jurnalistlər Təşkilatı”nın yaradılması zərurətə çevrildi.

- - - Azad Jurnalistlər Təşkilatı” öz fəaliyyətini hansı əsaslar üzərində qurcaq, mətbuatı, azad və müstəqil jurnalistlərin fəaliyyətini məhdudlaşdıran hakimiyyətlə münasibəti necə olacaq?

Su- Salınıza cavabı ilk olaraq bildirim ki, ilyarım əvvəl qəbul olunmuş “Media haqqında” qanunun bəzi müddaları azad və müstəqil jurnalistlərin fəaliyyətini məhdudlaşdırır. Bu isə beynəlxalq demokratik media qanunları ilə ziddiyyət təşkil edir. Dünyanın demokratik inkişaf yolu seçmiş dövlətlərin heç birində media orqanlarının və jurnalistin “media reystiri”ndən keçməsi barədə qanun yoxdur. Media dünyada hökumətlərin fəaliyyətinə ictimai nəzarət funksiyasını həyata keçirən orqan olduğu halda, Azərbaycan hökumətinin ölkədə fəaliyyət göstərən media orqanlarının fəaliyyətinə nəzarət etməsi çox böyük yanlışlıqdır və buna son qoyulmalıdır. Bunun üçün “Medai haqqında” qanunun beynəlxalq təşkilatların fəaliyyətilə ziddiyyət təşkil edən bır sıra maddələri dəyişilməlidir.

<!Azərbaycanda “Diffomasiya haqqında” qanunun qəbul olunması gecikir, bu gecikmənin səbəbini nə ilə izah edərdiniz?

“Diffomasiya haqqında” qanununun Azərbaycanda qəbul olunmasəna qarşı ciddi müqavimət mövcuddur. Təəssüf ki, Milli Məclisdə qanunun qəbul olunmasına müqavimət göstərənlər arasında deputat -jurnalistlər çoxuq təşkil edir. Bunların əksəriyyəti bahanə edir ki, guya ğlkədə “Diffomasiya haqqında” qanun qəbul olunarsa, qan su yerinə axar. Maneə olanların bir qismi ölkəmizin müharibə vəziyyətində olmasını bahanə edir. Gəlin, hazırda müharibə vəziyyətində olan Rusiya və Ukrayna dövlətləri arasında qanlı müharibə getdiyi şəraitdə medianın fəaliyyətinə nəzər salaq. Baxın, müharibə şəraitində medianın rolu müharibədə istifadə olunan ağır silahlardan heç də az deyil.

 Söhbətləşdi: Şahnaz Salehqızı