Yeni il niyə yanvarın 1-dən başlayır?



 

Bütün dünya Yeni ili dekabrın 31-dən yanvarın 1-nə keçən gecədə qeyd edir. Amma bir vaxtlar insanlar yeni ili müxtəlif vaxtlarda qeyd edirdilər. 
 
Lent.az xəbər verir ki, keçmiş zamanlarda yeni ili mart ayında qeyd ediblər. 
 
Eramızdan əvvəl 46-cı ildə Yuli Sezar yeni ilin ilk gününü 1 yanvar elan edib. 
 
Bununla belə, eramızdan əvvəl 5-ci əsrdə Romanın süqutundan sonra bir çox xristian ölkələri dinlərini daha yaxşı əks etdirmək üçün təqvimi dəyişdiriblər. Artıq bir çox ölkələrdə Yeni il martın 25-də qeyd edilməyə başlayıb. 
 
Sonradan məlum olub ki, Julian təqvimində illərin səhv hesablanması səbəbindən əlavə dəyişikliklər tələb edir. Bu səhvin bir neçə əsrlər boyu toplam təsiri səhv mövsümdə bir neçə hadisənin baş verməsinə səbəb olub. Nəyahət XIII Roma Papası həmin təqvimi ləğv edərək Yeni ilin yanvarın 1-də qeyd olunmasına qərar verib.