Dünyanın ən qədim İvrit İncili 38,1 milyon dollara satıldı



 

Dünyanın ən qədim və əskiksiz hesab olunan 1100 illik əlyazma "Codex Sassoon" kimi tanınan İvrit İncili 38,1 milyon dollara satılıb.

SeherXeber.org “İHA”ya istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat verib.

İncil üçün ən yüksək qiymət təklifi ABŞ-nin Rumıniyadakı keçmiş səfiri və Amerika Yəhudi Komitəsinin sədri Alfred H. Moses tərəfindən olunub.

Lakin İncilin İsraildəki ANU Yəhudi Xalq Muzeyinin tərəfdarları adından alınaraq eyni muzeyə bağışlandığı bildirilib.

Qeyd edək ki, 900-cü illərdə yazılmış “Codex Sassoon” öz adını kitabı 1929-cu ildə alan və 20-ci əsr yəhudi və ivrit əlyazmalarının ən mühüm kolleksiyaçılarından biri olan David Solomon Sassoondan götürür. Kitabın yəhudi şifahi ənənəsi ilə müasir İvrit İncil arasında körpü rolunu oynadığı üçün əhəmiyyətli olduğu deyilir. “Codex Sassoon”nun həm də “Halep Codex” və “Leningrad Codex”dən daha qədim olduğu bilinir.

Günay