"Şofer Əhməd"in son vəziyyəti açıqlandı: "Başqa aparata qoşulub"



 

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun vəziyyəti ağır stabildir.

Bu barədə SeherXeber.org -a onun qızı Kəmalə Qasımova məlumat verib.

“Hələ ki xəstəxanadadır, reanimasiyadadır. Qan köçürülür, müalicələr aparılır.
Həkimlər heç bir şeyə qarantiya verə bilməzlər. Mən özüm də həkim kimi bilirəm ki, burada ancaq müalicə edib nəzarətdə saxlamaq olar, vəssalam. İnşallah, Allahın köməkliyi ilə yaxşı olar”,- deyə o söyləyib.

Aktyorun qızı E.Qasımovun süni tənəffüs aparatına qoşulmadığını deyib:

“Süni tənəffüs aparatı başqadır, ağciyərlərin süni ventilyasiyası başqa bir şeydir. Hazırda atamın ağciyərləri süni ventilyasiyaya qoşulub”,- o bildirib.

Qeyd edək ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınır.

Billurə Yunus