Yerli bank işçilərini mükafatlandıracaq



 

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin növbəti illik ümumi yığıncağı keçiriləcək.

SeherXeber.org xəbər verir ki, yığıncaq 2023-cü il mayın 30-u saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə "ABB" ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq olunması, ötən ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi, 2024-2026-cı illərin maliyyə nəticələrinə görə "ABB" ASC-nin əməkdaşlarının mükafatlandırılması, Bankın nizamnaməsinin və Müşahidə Şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi məsələləri daxildir.

Yığıncaqda səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulub.