Sabiq icra başçısının ölkədən çıxışına “stop” qoyuldu



 

Sabiq icra başçısı məhkəməyə verilib.

SeherXeber.orgxəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Qurbanov Qalib İslam oğlu ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Günay Namazovanın sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

Qeyd edək ki, Q. Qurbanov 1991-1992-ci illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində çalışıb. 2021-ci ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya üzv, daha sonra isə İctimai Şuranın sədr müavini seçilib.

Könül
SeherXeber.org