Azərbaycanda bağlanan Pakistan bankı mənzillərini satışa çıxardı



 

Lisenziyası ləğv olunan Pakistan Milli Bankının Bakı filialı tender elan edib.

SeherXeber.org xəbər verir ki, bank aşağıdakı binalarının satışını elan edir və maraqlı tərəfləri möhürlənmiş tender təkliflərinə çağırır.

İştirakçılar təklif olunan qiymət, əmanət pulunun depoziti, pasportun surəti, VÖEN-in surəti, adı, ünvanı olan möhürlənmiş tender təkliflərini Şeyx Ahtsham Əhməd - Pakistan Milli Bankı - Bakı filialı, Azərbaycan, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 9A ünvanına göndərilməlidir.