Özbəkistanın hüquq-mühafizə orqanları ölkənin Xarici Əmək Miqrasiyası Agentliyinin direktoru Afzəl İrmatovu həbs edib.
SeherXeber.org xəbər verir ki, Afzəl İrmatov Özbəkistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
İrmatov 2022-ci ilin noyabrından agentliyə rəhbərlik edib.
Hələlik yüksək çinli məmurun həbsinin detalları barədə məlumat verilmir.