“Intel” şirkətinin həmtəsisçisi olan milyarder vəfat etdi 



 

ABŞ-nin “Intel” şirkətinin yaradıcılarından Qordon Mur 95 yaşında vəfat edib.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, o, Havaydakı evində ailəsinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, “Intel” şirkəti 1968-ci ildə Qordon Mur və Robert Noys tərəfindən yaradılıb. Mur şirkətdə 1968-ci ildən 2006-cı ilədək işləyib.

“Forbes” jurnalı bu ilin əvvəlində Qordon Murun şəxsi sərvətini 7,2 milyard dollar dəyərində qiymətləndirib.