Peter Siyarto Macarıstanın Ukraynanın Avropaya inteqrasiyasını niyə dəstəkləmədiyini açıqlayıb



 

Macarıstan xarici işlər naziri Peter Siyarto ölkəsinin Ukraynanın transatlantik və Avropaya inteqrasiyasını niyə dəstəkləmədiyini açıqlayıb.

SeherXeber.org xəbər verir ki, bu barədə xarici işlər naziri Siyarto BMT Baş katibinin İnsan haqları üzrə müavini İlze Brands Kehrislə görüşdə deyib.

"Transkarpatiyadakı macar məktəbləri təhlükə altında olduğu müddətdə Macarıstan Ukraynanın transatlantik və Avropaya inteqrasiyasını dəstəkləyə bilməz", - o bildirib.

Peter Siyarto deyib ki, 1300 Macarıstan məktəbi və uşaq bağçası Ukraynadan olan qaçqın uşaqları və tələbələri qəbul edərkən, "Ukraynadakı 99 macar ibtidai və orta məktəbi Ukraynanın təhsil qanununa görə bağlanmaq təhlükəsi ilə üzləşib".