Zukerberq və Prisilla  Çanın üçüncü övladları doğulub



 

“Meta” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və onun 38 yaşlı həyat yoldaşı Prisilla Çanın üçüncü övladları dünyaya gəlib.

"SeherXeber.org" xəbər verir ku, bu barədə Mark Zukerberq öz “İnstagram” hesabında paylaşım edib.

O bildirib ki, üçüncü övladları olan qızlarına Aurelia Çan Zukerberq adını veriblər.

“Dünyaya xoş gəldin, Aurelia Çan Zukerberq. Sən kiçik bir nemətsən”, - deyə Zukerberq qeyd edib.