Çinin uyğur türklərinə qarşı təzyiqləri ABD Konqresində müzakirə edildi



 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Çində insan haqlarının pozulması ilə bağlı panelində uyğur türklərinə qarşı zorakılıq iddiaları müzakirə edilib.

SeherXeber.org  "star" qəzetinə istinadla xəbər verir ki, panel Vaşinqtondakı Kapitoli binasında keçirilib.

Demokratik və Respublikaçı Konqres üzvlərindən ibarət Komitə Çinin Sincan-Uyğur Muxtar Bölgəsində müsəlman uyğur türklərinə və digər etnik azlıqlara qarşı “soyqırım” törətdiyinə dair iddiaları işıqlandırıb.

İclasa qatılan uyğur türkləri komitə heyətinə tərcüməçi vasitəsilə Çin polisinin qadınlara tətbiq etdiyi təzyiqlərdən danışıblar.

Çini qeyri-qanuni yollarla tərk etdiklərini bildirən qadınlar, Uyğur bölgəsində ailələri haqqında danışmamaq üçün hədələndiklərini bildiriblər.

Qeyd edək ki, Çin Sincanda işgəncə iddialarını kəskin şəkildə rədd edir. Bundan əlavə, Çin terrorizm, separatizm və dini ekstremizmlə mübarizə aparmaq üçün “peşə təhsili mərkəzləri” yaratdığını iddia edir.

Billurə