ABŞ-da fabrikdə güclü partlayış: ölən və yaralananlar var - VİDEO



 

ABŞ-ın Pensilvaniya ştatında “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində partlayış baş verib.

NBC-nin məlumatına görə, hadisə yerli vaxtla təxminən saat 17:00-da qeydə alınıb. 

"Associated Press" partlayış və yanğın zamanı azı 2 nəfər öldüyünü, daha 9 nəfər itkin düşdüyünü yazıb.

Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəyməsi dəə məlumatlar arasındadır.