Dolları nə gözləyir? - EKSPERT RƏYİ



 

Amerika monetar orqanları əsas məzənnəni artırmalı olacaqlar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı iqtisadçı Valentin Katasonov deyib.

Onun sözlərinə görə, əgər ABŞ rəhbərliyi yaxın vaxtlarda bu addımı atmasa, o zaman məsələ fəlakətlə başa çatacaq. İnflyasiya o həddə çata bilər ki, o zaman ölkə staqflyasiya təhlükəsi ilə üzləşəcək.

Bu halda inflyasiya artmaqda davam edəcək, lakin iqtisadi artım gətirməyəcək. Digər tərəfdən, ekspertin fikrincə, əsas faiz dərəcəsinin artırılması o deməkdir ki, ABŞ-ı genişmiqyaslı ödəniş böhranı gözləyir.

Pulun bahalaşması ilə çoxlu sayda müxtəlif təsərrüfat subyektləri həm özəl, həm də biznes sahəsində çoxsaylı kreditlər üzrə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcəklər.