Moskva BMT-yə məktbu ünvanladı: Taxıl sazişi bu şərtlər yerinə yetirilərsə uzadılacaq



 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT-yə məktub göndərərək taxıl müqaviləsinin 60 gün müddətinə uzadıldığını təsdiqləyib. O, müqavilənin gələcəkdə uzadılması üçün yerinə yetirilməli olan şərtləri də sadalayıb.

SeherXeber.org xəbər verir ki, məktubu onun müavini Dmitri Polyanski öz Twitter səhifəsində dərc edib.

“Müəyyən edilmiş tarixdən sonra (18 may) müddətin daha da uzadılması məsələsinə baxılması yalnız Rusiya Federasiyası ilə BMT arasında anlaşma memorandumunun həyata keçirilməsində nəzərəçarpacaq irəliləyiş olduqda mümkün olacaq” - məktubda deyilir.

Müqavilənin uzadılması üçün Rusiya tərəfi tələb edir:

Rosselxozbank-ı SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşmaq,

Rusiyaya kənd təsərrüfatı texnikası və onun ehtiyat hissələrinin çatdırılmasını bərpa etmək;

Rusiya gəmilərinə və yüklərinə qarşı sığorta və limanlara giriş məhdudiyyətlərini aradan qaldırmaq;

Togliatti-Odessa boru kəməri ilə ammonyak tədarükünü bərpa edilsin və Rusiya gübrə istehsalçıları üçün maliyyə fəaliyyətinə icazə verilsin.

Dmitri Polyanski, öz növbəsində, taxıl müqaviləsinin 60 gündən çox uzadılması ilə bağlı bəyanatları "manipulyasiya" adlandırıb.

Elvin

SeherXeber.org