"Taxıl sazişi" barədə AÇIQLAMA



 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya taxıl müqaviləsini cəmi 60 gün uzatmağa razılaşıb. SeherXeber.org xəbər verir ki, o, bu barədə TASS-a məlumat verib.

“Bir daha təkrar edirik. Rusiya Federasiyası sövdələşmənin müddətini altmış gün uzatmağa razılıq verdi”.

Daha əvvəl bildirilmişdi ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) taxıl müqaviləsinin uzadılmasını təsdiqləyib. Bu barədə BMT-nin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb. Eyni zamanda, təşkilat sövdələşmənin nə qədər müddətə uzadıldığını açıqlamayıb.

Martın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün başa çatan taxıl müqaviləsinin uzadıldığını açıqlayıb.

Daha sonra Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov taxıl müqaviləsinin 120 gün uzadıldığını açıqlayıb. Bu barədə o, sosial şəbəkələrdə məlumat verib.

SeherXeber.org