Taxıl müqaviləsi 120 gün uzadıldı - Kubrakov



 

Ukrayna Türkiyə və BMT ilə taxıl sazişinin 120 gün uzadılması barədə razılığa gəlib.

SeherXeber.org xəbər verir ki, bunu Ukraynanın infrastuktur naziri Aleksandr Kubrakov deyib.

“Mən BMT-nin Baş katibi Antonio Quterreşə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, eləcə də bütün tərəfdaş ölkələrə sənədin (taxıl müqaviləsi – red.) daha 4 ay müddətinə uzadılması istiqamətində birgə səylərinə görə minnətdaram”, - nazir bildirib.

Kubrakov qeyd edib ki, 2022-ci il avqustun 1-dən indiyədək 25 milyon ton kənd təsərrüfatı məhsulları göndərilib.