Etirazçılar yenidən Paris küçələrində



 

Fransanın paytaxtı Parisdə dünən axşam saatlarında etirazçılarla polis arasında gərginlik yaranıb.
 
"SeherXeber.org" xarici KİV-ə istinadla xəbər verir ki, minlərlə etirazçı yenidən küçələrə çıxıb.

İslahatın geri götürülməsini tələb edən etirazçılar meydanda atəş yandırıblar.

Fransa prezidenti Emmanuel Makronun maketini yandıran etirazçılar “Makron, XVI Lüdovikin başını kəsdik, yenidən başlaya bilərik” şüarları səsləndirib. Ərazidə barrikadalar da quran və polisə fişəng atan etirazçılara gözyaşardıcı qazla cavab verilib.

Hadisələrdə 61 nəfərin saxlanıldığı bildirilib.

Ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.